Nazirlər Krakovda görüşəcək
25 Aprel 2013 11:38 (UTC+04:00)
Trend-in verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"İrəliləyiş yoxdur" , - Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşün yekunları üzrə keçirilən mətbuat konfransında deyib.
Nalbandyan Lavrov ilə razılaşıb və əlavə edib ki, vəziyyətin dalana dirənməsini demək istəməzdi.
"Yaxın vaxtlarda xarici işlər nazirlərinin yeni görüşü hazırlanır, görüş yaxın günlərdə - mayda Krakovda olacaq. Yüksək səviyyədə görüşün keçirilməsi də istisna edilmir", Nalbandyan deyib.
AzNews.az