Paşinyanın başı dərddə - iş yerləri əvəzinə cinayət işləri...

16 Mart 2019 09:55 (UTC+04:00)

Cəmi ay yarım sonra Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişinin 1 ili tamam olacaq. Ancaq bir ilin tamamı çatmamış Paşinyan ölkə daxilində sərt ictimai qınaqlara tuş gəlməkdədir. Əsas narazılıq da sosial-iqtisadi xarakterli, o cümlədən iş yerləri ilə bağlıdır.

İndi az qala hər gün paytaxt İrəvanda bu qəbildən etiraz aksiyaları, narazı adamlarla hakimiyyətin güc strukturları nümayəndələrinin toqquşmaları baş verir. Məsələn, İrəvandakı Opera və Balet Teatrı binasının yaxınlığında fəaliyyət göstərən kafenin sökülməsi şəhər sakinlərinin etirazına səbəb olub. Aksiyanın qarşısını almaq istəyən polislə nümayişçilər arasında insident yaşanıb. Etirazçılar arasında olan “Çiçəklənən Ermənistan” fraksiyasından millət vəkili Naira Zöhrabyanın da ayağı sınıb.

Dünən aksiyanda nümayişçilərə güc tətbiq edən polisin aqibətinə aydınlıq gətirilib. O, vəzifəsindən qovulub. Bu barədə Ermənistan polisi məlumat yayıb. Həmçinin, hadisə ilə bağlı araşdırmalara başlanılıb.