Miloş Obiliç 630 ildən sonra nədən Yeni Zelandiyada “peyda oldu”?

16 Mart 2019 13:55 (UTC+04:00)

Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən və 49 möminin ölümünə səbəb olan terror aktlarının müəlliflərindən biri olan Branton Terrantın qətldə istifadə etdiyi avtomat silahın sandıqçasının üstünə kiril əlifbasıyla “Miloş Obiliç” yazılması dərhal dünya miqyasında maraq doğurdu.

Terrant məsciddə qırğın törədən anti-islamçı terrorçudur, bəs Miloş Obiliç kimdir?

Miloş Obiliç 14-cü əsrdə yaşamış serb müstəbidi Lazar Xrebelyanoviçin kürəkəni olmuş, cəngavər titulu daşımış bir şəxsdir.
Kosovoda yaşamış bu şəxs serb folklorunda qəhrəman kimi təqdim edilir, adına dastanlar bağlanıb, hətta onun heykəlini də qoyublar.