Azərbaycan millisi Xorvatiya ilə oyunöncəsi itki ilə üzləşdi

17 Mart 2019 22:11 (UTC+04:00)

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətində dəyişiklik baş verib.

Bu barədə AFFA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, "Sumqayıt" klubunun üzvü Aleksey İsayev zədələndiyi üçün millinin heyətindən çıxarılıb.

AzNews.az