İran yenə silkələndi
25 Aprel 2013 13:11 (UTC+04:00)
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzi rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 12:18-də meydana gəlib.
4 bal gücündə olan zəlzələnin episentri Kirman vilayətinin Fəryab şəhəri olub. Yerin 18 kilometr dərinliyində baş verən təbii fəlakət nəticəsində dağıntı və tələfatın olub-olmaması barədə heç bir məlumat verilməyib.
AzNews.az