Bakıda qeyri-adi qəza - FOTO

18 Mart 2019 10:24 (UTC+04:00)

Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qadın sürücü “Hyundai” markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb.

Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb.

Sürücü xəsarət almayıb.(oxu.az)

AzNews.az