Mesut Özilin sevgilisi yarım milyonluq gəlinlik geyinəcək?

18 Mart 2019 10:52 (UTC+04:00)

Dünya şöhrətli futbolçu Mesut Özil və sevgilisi türkiyəli aktrisa Amine Gülşen evlənəcək.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar toylarını iki ay sonra İstanbulda etməyi planlayıb.

Bu barədə aktrisa özü açıqlama verib və yarım milyonluq gəlinlik geyinməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib:

“Deyildiyi kimi, 500 minlik gəlinlik geyinməyəcəm. Çünki külli miqdarda pul xərcləyib, özümüzü göstərməyəcəyik. Sadə olmağa üstünlük veririk”.

Qeyd edək ki, cütlük iki ildir sevgilidir.

Nigar CƏFƏR

AzNews.az