Dünya ədəbiyyatında uzun romanlarla yanaşı, qısa - 1-2 cümlədən ibarət hekayə nümunələri də mövcüddur.
AzNews.az həmin hekayələrdən bəzilərini sizə təqdim edir:
Ernest Heminqueydən ən təsirli qısa hekayə yazmasını istəmişdilər. O bircə cümlə yazdı:
“Uşaq çəkmələri satılır. Geyinilməmiş…”
O.Henri ən qısa hekayə nominasiyasında bu hekayə ilə qalib gəlmişdir:
“Sürücü siqaret çəkdiyi yerdə əyilib benzin bakına baxdı ki, görsün, benzin çoxmu qalıb. Rəhmətliyin 23 yaşı vardı”.
Fredirik Braun qorxulu qısa hekayə yazmışdır:
“Yer kürəsinin sonuncu adamı otaqda oturmuşdu. Birdən qapı döyüldü...”.
İngilislərin təşkil etdiyi ən qısa hekayə nominasiyası fərqliliyi ilə seçilirdi - hekayədə kraliça, sirr, seks, Allah sözləri istifadə olunmalı idi. Birinci yeri belə bir hekayə tutmuşdur:
"İlahi, kraliça dedi "Mən hamiləyəm və bilmirəm kimdən!”.
Ən qısa avrobioqrafiya nominasiyasında bir fransız qadın qalib gəlmişdir:
“Əvvəl mənim sifətim hamar, yubkam əzik olardı, indi isə əksinədir…”.
Bu qısa hekayənin isə müəllifi məlum deyil:
Mən bütün bədənimi əhatə edən ağrıdan ayıldım. Gözlərimi açdım və tibb bacısını gördüm:
- Cənab, - o dedi, - sizin bəxtiniz gətirib. İki gün əvvəl Xirosimaya atılan bombadan sağ çıxmaq qismət olub. İndi siz hospitaldasınız və sizin həyatınız üçün heç bir təhlükə yoxdur.
-Hardayam?
-Naqasakidə.
Cavidan Mirzəzadə
AzNews.az