İki yaşlı uşağın üstünə qaynar su dağıldı

18 Mart 2019 12:28 (UTC+04:00)

Hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Elmar Eldar oğlu Osmanovun üstünə ehtiyatsızlıq nəticəsində qaynar su dağılıb. Zərərçəkən təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az