Gürcüstan parlamentində dava düşdü

18 Mart 2019 12:59 (UTC+04:00)

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin iclasında fiziki qarşıdurma baş verib.

İclas zamanı Avropalı Gürcüstan Partiyasından olan deputat Otar Kaxidze və çoxluq üzvü İrakli Beraya arasında mübahisə yaranıb.

O.Kaxidze İ.Berayaya vərəqələr atıb. Yaranmış vəziyyətə nəzarətçilər müdaxilə edib.

Hüquqi məsələlər üzrə komitənin iclasında çoxluğun hakimlərin seçilməsi qaydalarına dair qanun layihəsi müzakirə olunur.

Deputatlar arasında mübahisəyə məsələyə baxılma proseduru səbəb olub.(report.az)

AzNews.az