Misir Rusiyadan qırıcı təyyarələr alacaq

18 Mart 2019 14:39 (UTC+04:00)

Rusiya ilə Misir arasında 20-dən çox “Su-35” qırıcı təyyarəsi və sursatın satışı barədə müqavilə imzalanıb.

Müqavilə 2 milyard dollar məbləğində dəyərləndirilir. Təyyarə və sursat 2020-2021-ci illərdə Misirə çatdırılacaq.

Son illər Misir Rusiyadan müasir hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, helikopterlər və qırıcı təyyarələrin alınmasına dair bir neçə müqavilə imzalayıb.(AZƏRTAC)

AzNews.az