Məktəb direktorunun ölüm səbəbi açıqlandı

18 Mart 2019 15:22 (UTC+04:00)

Xəbər verildiyi kimi, martın 16-da Göyçay rayonunun Hacıalıkənd orta məktəbinin direktoru Nəcməddin Əliyev qəfildən dünyasını dəyişib. Onun ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, onun səhhətində heç bir problem olmayıb:

"Səhər yuxudan ayılanda özünü pis hiss edib. Elə ondan bir az sonra da dünyasını dəyişib. Həkimlər müayinə edəndə ürək tutmasından öldüyünü deyiblər”.

Bahar RÜSTƏMLİ

AzNews.az