Məşhur müğənni boşanır - "Bu işi bitirmək istəyirəm"

18 Mart 2019 15:58 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Serdar Ortaç həyat yoldaşı Chloedən ayrılır.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənninin həyat yoldaşı Chloedən ayrılmaq istədiyi mövzusu yenidən gündəmə gəlib.

Məlumata görə, Serdar Ortaç “Artıq bu işi bitirmək istəyirəm, Chloe evində yaşamır. Öz evimdə hüzurlu deyiləm” deyib. Onun vəkilinin artıq bu proses üçün lazım olan sənədləri hazırladığı deyilir.

Qeyd edək ki, cütlük haqda dəfələrlə boşanma xəbəri çıxsa da, onlar bunu təkzib ediblər.

Nigar CƏFƏR

AzNews.az