Bayramda “ASAN xidmət” neçə gün işləməyəcək?

18 Mart 2019 15:57 (UTC+04:00)

Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq.

Martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.(qafqazinfo.az)

AzNews.az