Avstraliya da Rusiyaya qarşı sanksiya tətbiq etdi

18 Mart 2019 16:30 (UTC+04:00)

Avstraliya hökuməti Kerç boğazında baş vermiş insidentə görə Rusiyaya qarşı sanksiya tətbiq edib.

“Lenta.ru”nun xəbərinə görə, bu barədə Avstraliya Xarici işlər naziri Meris Peyn bildirib.

Məhdudlaşdırıcı tədbirlər 7 Rusiya vətəndaşına qarşı həyata keçirilib. Siyahıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrə sərhəd ximətinin rəisi Sergey Stankeviç, “Don” gəmilərinin komandiri Aleksey Salyayev , “İzmurd” gəmisinin komandiri Andrey Şipitsin, eləcə də “Suzdalets” Rusiya Hərbi-Dəniz Donanmasının komandiri Sergety Şerbakov da var.

Qeyd edək ki, martın 15-də Kerç boğazındakı hadisələrə görə Avropa İttifaqı, ABŞ və Kanada da Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Xatırladaq ki, ötən il noyabrın 25-də Ukraynanın hərbi gəmiləri Kerç boğazında Rusiyanın sərhədlərini pozduğu üçün atəşə tutulub və 24 dənizçi saxlanılıb.(qafqazinfo.az)

AzNews.az