22 yaşlı oğlan itkin düşdü - FOTOLAR

18 Mart 2019 17:42 (UTC+04:00)

Şəki şəhər sakini, 1997-ci il təvəllüdlü Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxarkən əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub.Boyu 160 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.(report.az)

AzNews.az