Niderlandda tramvayda atışma - 3 ölü

18 Mart 2019 19:05 (UTC+04:00)

Niderlandın Utrext şəhərində tramvayda atışma baş verib.

Bir şəxsin odlu silahdan atəş açması nəticəsində azı 3 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Polisin verdiyi məlumata görə, hadisəni Gökment Tanis adlı 37 yaşlı türk əsilli Niderland vətəndaşı törədib.

Hazırda həmin şəxsin axtarışları aparılır. Polis sakinləri ehtiyatlı olmağa çağırıb.

Yaxınlıqdakı məktəblər bağlanıb. (trend)

AzNews.az