ABŞ-da növbəti atışma

19 Mart 2019 09:28 (UTC+04:00)

Bu barədə "Express" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Yorkda, Manhetten ərazisində baş verib.

Hadisə zamanı azı 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl ABŞ-ın Miçiqan ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb.(report.az)

AzNews.az