Zelenski rəqiblərini geridə qoydu - Sorğu

19 Mart 2019 09:35 (UTC+04:00)

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski keçirilmiş sorğuya əsasən seçki marafonuna liderlik edir.

Sorğu ölkənin bütün regionlarında aparılıb. Ukraynalıların 34%-i səsini Zelenskiyə verməyə hazırdır. Belə olan halda “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə prezident Petro Poroşenko reytinq cədvəlində geriləyir. Seçicilərin 14,22%-i Poroşenkonu, 12,9%-i Timoşenkonu dəstəkləyir.

Qeyd edək ki, prezident seçkiləri martın 31-də keçiriləcək.(modern.az)

AzNews.az