ABŞ-ın strateji hərbi bazası su altında qaldı - FOTOLAR

19 Mart 2019 09:47 (UTC+04:00)

Bu haqda ABŞ Hərbi-Hava Qüvvələrinin 55-ci aviaqanadının komandanı polkovnik Maykl Mannion Facebook səhifəsində məlumat verib.

Suyun səviyyəsi martın 15-də yüksəlməyə başlayıb. Üç gün ərzində bazanın üçdə bir hissəsi, o cümlədən 30 bina və bir kilometrə yaxın uçuş-eniş zolağı su altında qalıb.

“Offat” hərbi bazasında ABŞ silahlı qüvvələrinin Strateji komandanlığının baş qərargahı yerləşir.

Aviabaza həmçinin “məhşər günü təyyarəsi” adlandırılan “Boeing E-4B Nightwatch” təyyarəsinin yerləşməsi ilə əlamətdardır.

Bu tip təyyarələr potensial nüvə müharibələri zamanı yerdəki idarəetmə strukturları iflic vəziyyətə düşən hallarda prezident, müdafiə naziri və digər yüksək rəsmilər üçün nəzərdə tutulub.

ABŞ Hərbi Hava Qüvvələrində belə təyyarələrin sayı dörddür.(oxu.az)

AzNews.az