Daş hasarın altında qalaraq öldü

19 Mart 2019 10:08 (UTC+04:00)

Hadisə 49-cu məhəllədə baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlunun üzərinə özünə məxsus fərdi yaşayış evinin həyətində daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az