Ramil Usubov bu rayona rəis müavini təyin etdi

19 Mart 2019 11:07 (UTC+04:00)

General-polkovnik Ramil Usubovun əmri ilə, polis mayoru Abdullayev Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.

Xəbəri İsmayıllı rayon Polis şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.(unikal.org)

AzNews.az