Türkiyə sahillərində 54 qaçqın saxlanıldı

19 Mart 2019 11:25 (UTC+04:00)

İzmir vilayətinin Çeşmə rayonu sahillərində qaçaq yolla Türkiyə ərazisini tərk etməyə cəhd göstərən 54 qaçqın saxlanılıb.

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunan rezin qayıqdakı qaçqınların 35-i İraq, 14-ü Fələstin, 5-i Suriya vətəndaşı olub.

31 uşaq, 11 kişi və 12 qadından ibarət olan köç qrupu aidiyyəti qaydada Türkiyənin yerli miqrasiya idarəsinə təhvil verilib.(AZƏRTAC)

AzNews.az