AzTV və AzərTac-ın işçiləri İTV-də
25 Aprel 2013 14:50 (UTC+04:00)
Cəmil Quliyev İctimai Televiziyada kadr dəyişikliklərini davam etdirir
Aprel ayının 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə gələn Cəmil Quliyev bugündən kadr islahatlarına başlayıb. Telekanala artıq AzTV və AzərTac-dan işçilər gəlməyə başlayıb.
İctimai Televiziyadan AzVision.az-a verilən məlumata görə, AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri Oqtay Bayramov "Carçı" verilişinə transfer olub.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru Rafiq Nəbiyevi AzTv-dən gələn əməkdaş əvəz edib
İctimai televiziyanın baş operatoru Yusif Yaqubov da işdən çıxarılıb
Televiziyanın maliyyə şöbəsinə isə Əliabbas adlı şəxs gəlib.
Eləcə də Kadrlar şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb və onu da AzTV-dən gələn Maqsud adlı şəxs əvəz edib.
Qeyd edək ki, bu gün İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlarınbu şəxslərdir: Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini; Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini; Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru; İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.
AzNews.az