Demetdən Alişanın arvadına 50 minlik hədiyyə

19 Mart 2019 13:38 (UTC+04:00)

Müğənni Demet Akalın 6 il sonra barışdığı həmkarı Alişanın xanımı Busə Varola sürpriz edib.

Akalın küsülü olduğu dövrdə ailə quran aktrisaya toy hədiyyəsi vermək qərarına gəlib.

Bu barədə Kanal D-də yayımlanan “İkinci sayfa” maqazin proqramında məlumat verilib.

Qeyd olunub ki, pop ifaçısı B. Varola 50 min TL dəyərində İsveçrə istehsalı olan saat bağışlayıb.(qafqazinfo.az)

AzNews.az