Azərbaycanda bankdan yarım milyon pul oğurlanıb

19 Mart 2019 14:16 (UTC+04:00)

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib.

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb.

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.(oxu.az)

AzNews.az