“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19 Mart 2019 14:45 (UTC+04:00)

“Novruz Payı” adı ilə keçirilən kampaniyada mobil operatorun istifadəçiləri heç bir ödəniş etmədən əzizinə 100 şəbəkədaxili danışıq dəqiqəsi və ya 100 ölkədaxili SMS hədiyyə göndərə bilər. Kampaniya ərzində 1 nömrə sonsuz sayda hədiyyə qəbul edə bilər. Lakin 1 nömrə ancaq 1 dəfə hədiyyə göndərə bilər. Verilən bonuslar istifadəçi hədiyyəni aldığı günün sonuna qədər aktiv olacaq. Qeyd edək ki, kampaniya martın 19-da başlayır, martın 21-də isə başa çatacaq.

100 dəqiqə hədiyyə göndərmək üçün dostunun nömrəsini 780-ə göndərmək və ya *780#nömrə#YES yığmaq yetərlidir. 100 SMS hədiyyə göndərmək üçün isə istənilən “Nar” abunəçisinin nömrəsini 760-a göndərmək və ya *760#nömrə#YES yığmaq lazımdır.

“Nar”-ın “Novruz payı” kampaniyası haqqında daha ərtaflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

AzNews.az