Bu gün Türkiyədə Koroğlunun nəhəng abidəsinin açılışı olacaq

19 Mart 2019 15:05 (UTC+04:00)

Bu gün Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olacaq.

Abidə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilən “Koroğlu” abidəsi memarlar müsabiqəsi əsasında ucaldılıb.

Abidənin müəllifi Qazaxıstanın tanınmış memarı Murad Mansurovdur.

Abidənin açılışından sonra mərasim geniş bədii hissə ilə davam etdiriləcək.(AZƏRTAC)

AzNews.az