Deputatlarımız ABŞ-a gedirlər

19 Mart 2019 16:00 (UTC+04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri - Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə səfərə gedəcəklər.

Parlamentdən verilən məlumata görə, deputatlar ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.(report.az)

AzNews.az