Londonda həyəcan - Silahlı şəxs insanları təhdid edir

19 Mart 2019 16:46 (UTC+04:00)

Əlində tapança olan naməlum silahlı şəxs Böyük Britaniyanın paytaxtı London şəhərinin cənubunda avtomobildən insanları vuracağı ilə təhdid edir.

Bu barədə ölkənin "Mirror" nəşri xəbər verir.

Polis hadisə yerinə gələrək oranı mühasirəyə alıb.

Hazırda Britaniya polisi şübhəli ilə danışıqlar aparır.

Hadisənin başvermə şəraiti aydınlaşdırılır.(report.az)

AzNews.az