Bakıda yataqxanada yanğın: sakinlər təxliyə edildi

19 Mart 2019 20:13 (UTC+04:00)

Bakıda yataqxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub və yanğın söndürülüb.

AzNews.az