Tehranda 50 nəfəri daşıyan sərnişin təyyarəsi yandı - YENİLƏNİB

19 Mart 2019 22:56 (UTC+04:00)

Hadisə Tehranın beynəlxalq Mehrabad hava limanında baş verib. Hazırda təyyarənin göyərtəsində 50 nəfərin olduğu deyilir.

Təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. İnsident barədə hələlik başqa məlumat verilmir.

*** 22:46

İran paytaxtında təyyarədə yanğın olub.

Bu barədə "Reuters" məlumat yayıb.

Təyyarənin göyərtəsində təxminən 50 nəfərin olduğu deyilir. (ona.az)

AzNews.az