Suriyaya gedən Şoyqu Putinin məktubunu Əsədə çatdırdı

19 Mart 2019 23:14 (UTC+04:00)

Prezident Bəşər Əsədlə görüşən Şoyqu Yaxın Şərqdə beynəlxalq terrorizmlə mübarizə və münaqişədən sonra tənzimlənmə məsələlərini müzakirə edib. Nazir Bəşər Əsədə prezident Vladimir Putinin məktubunu çatdırıb.

Görüşdə tərəflər suriyalı qaçqın və məcburi köçkünlərin könüllü qayıdışı imkanlarının genişləndirilməsi mövzusunu müzakirə ediblər. Suriya əhalisinə humanitar yardımın göstərilməsi haqda da fikir mübadiləsi aparılıb. (qafqazinfo)

AzNews.az