Suriyada məktəbli avtobusu atəşə tutuldu - iki uşaq öldü

19 Mart 2019 23:31 (UTC+04:00)

Suriyanın Hələb şəhərinin Əz-Zəhra rayonunda məktəbli avtobusunun yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində iki uşaq həyatını itirib.

Bu barədə çərşənbə axşamı brifinqdə Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin deyib. (report)

AzNews.az