Ferqüssonun saqqızı hərracda 517 min dollara satılıb

20 Mart 2019 11:26 (UTC+04:00)

"Report" "SUN" nəşrinə istinadən xəbər verir ki, ser Aleks həmin saqqızı 19 may 2013-cü il tarixində "Vest Bromviç"ə qarşı keçirilən (5:5) "MY"nın sükanı arxasındakı son oyunu zamanı çeynəyib.

Məlumata görə, əldə olunan vəsait "MY"nın xeyriyyə fonduna köçürüləcək.

Ferqüsson "MY"nın baş məşqçi postuna təyin olunanda (1986), həmin pula ortabab futbolçu almaq olardı.

AzNews.az