Elçin Quliyev bayramı iranlı həmkarı ilə qeyd edəcək

20 Mart 2019 14:45 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.

Bu barədə Aznews.az-a DSX-dan bildirilib.

Məlumata görə, martın 20-dən 21-nə keçən gecə Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri “Novruz” bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.

Aznews.az