Pakistanda nazirliklərin binası satışa çıxarılır

20 Mart 2019 17:52 (UTC+04:00)

Axar.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın İnformasiya naziri Favad Çaudri verib.

O bildirib ki, baş nazir İmran Xan başçılığı ilə toplanan nazirlərin iclasında bütün nazirliklərin daşınmaz əmlakları bağlı siyahı istənilib.

Xanın tələb etdiyi siyahının bugünki iclasda müzakirə olunduğunu bildirən Çaudri "Hökumət istifadə edilməyən binalarını əldən çıxartmaq üçün əvvəlcə ortaq siyasət yürütməlidir. Çünki hər nazirliyin bu satışları qadağan edən özünənəməxsus siyasəti var",- deyə vurğulayıb.

Binaların satışından trilyonlarla Pakistan rupisi əldə ediləcəyini qeyd edən Favad satış üçün 4 nazirdən ibarət komitə qurulmasına qərar verildiyini bildirib.

AzNews.az