Bakı sakinindən tapança və 6 ədəd patron götürülb

20 Mart 2019 19:30 (UTC+04:00)

AzNews-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

AzNews.az