Gürcüstanda avtomobildə azərbaycanlı gəncin meyiti tapılıb

20 Mart 2019 20:02 (UTC+04:00)

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gənc odlu silahla özünə sui-qəsd edib.

Kənd sakinləri adı açıqlanmayan gəncin meyitini bu gün səhər saatlarında aşkar ediblər və bu barədə polisə məlumat veriblər.

Azərbaycanlı gəncin qətlə yetirilməsi istisna olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb.

AzNews.az