Xınalıq yolunda bir neçə maşın qar uçqunu altında qalıb - FOTO

20 Mart 2019 21:20 (UTC+04:00)

"Report"un Şimal bürosunun məlumatına görə, uçqun yolun 32-ci kilometrliyinin 4 hissəsində baş verib.

Nəticədə bir neçə avtomobil qar uçqunu altında qalıb. Həmçinin 7 kəndlə əlaqə kəsilib.

Qarı təmizləməyə gedən texnikanın xarab olması səbəbindən yolu açmaq hələ ki, mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

AzNews.az