İrəvan Bakıdan niyə şikayət etdi? - Ermənistan qorxuda

20 Mart 2019 23:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyanın martın 20-dəki brifinq zamanı ATƏT-ə şikayət məktubu göndərmələri ilə bağlı qeydi təsadüfi deyil:

"Şikayət məktubunun məğzi guya Azərbaycanın beynəlxalq təşkilatları əvvəlcədən xəbərdar etmədən hücum hədəfli hərbi təlimlər keçirməklə beynəlxalq razılaşdırmalara zidd addım atması ilə bağlıdır. Erməni diplomat onu da deyib ki, Azərbaycanın Ermənistan sərhəddində yeni hərbi baza yaratması da bölgədə inam atmosferinin formalaşmasına xidmət etmir. Guya işğala məruz qalanla işğalçı arasında nəsə inam atmosferi var imiş. Bu açıqlamadan sonra Anna Naqdalyan şantaj xarakteli açıqlama verməklə müdafiə nazirləri Tonoyanın bir müddət əvvəlki bəyanatını təkrarlayıb: “Biz müdafiə olunmaq və əks zərbə vurmaq hüququnu özümüzdə saxlayırıq”. Özləri üçün danışırlar".

Politoloq vurğulayıb ki, hərbi təlimlər hüququmuzdur, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir:

"Ermənistan separatçılarla birgə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirəndə nə kiməsə xəbər verir, nə də beynəlxalq hüquqa istinad edir. Hərbi təlimlərin sayını və miqyasını artırmaq siyasətini davam etdirməliyik".

AzNews.az