Kürdəmirdə minik avtomobilləri toqquşdu: xəsarət alan var

21 Mart 2019 18:40 (UTC+04:00)

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106"-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az