Ağcabədidə restorandan oğurluq edən şəxslər saxlanıldı - FOTOLAR

21 Mart 2019 20:30 (UTC+04:00)

Ağcabədi rayonunda restorandan oğurluq edən ofisiant tutulub.

Yerli sakin Rüstəm Quliyev Ağcabədi rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus restorandan 540 manat dəyərində spirtli içkilərin oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əlimərdan İsmayılov və dostu Elvin Hüseynov saxlanılıb. Məlum olub ki, restoranda ofisiant işləyən Ə.İsmayılov bahalı spirtli içkilərin saxlandığı yer barədə E.Hüseynova məlumat verib və onlar gecə saatlarında oğurluq hadisəsi törədiblər.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az