3 yaşlı uşaq su quyusuna düşdü

21 Mart 2019 23:41 (UTC+04:00)

Lənkəranın Haftoni qəsəbəsində bədbəxt hadisə baş verib.

2016-cı il təvəllüdlü Zəhra Mail qızı Əliyeva valideynlərin diqqətindən yayınaraq həyətdə dərinliyi 4 metr dolan su quyusuna düşüb.

Valideynlərin köməyi ilə quyudan çıxarılan uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda tənəffüs yollarının obstruksiyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir. (qafqazinfo)

AzNews.az