Şərəfsiz yer boş qalmadı

22 Mart 2019 16:08 (UTC+04:00)

İşğal altında olan Qarabağ və onun ətraf bölgələrinin azad edilməsi ilə bağlı sülh danışıqları nə zamanı “sükunət” nöqtəsindən hərəkətliliyə doğru addım atılırsa, dərhal aranı qarışdırmaq üçün siyasi, ictimai və sosial mənada böhtanlar, iftiralar gündəmə gətirilir. Əvvəllər bu siyasi dolanbaclı gedişlər Azərbaycanın daxilində təzahür edirdisə, ölkə rəhbərliyinin apardığı uğurlu daxili siyasətin nəticəsində faktiki olaraq, bu məsələ öz həllini tapmışdır. Belə ki, ictimai-siyasi proseslər hər hansı bir sosial zümrənin və onlara dəstək verən siyasi partiyalar və ya qeyri-hökumət təşkilatlarının monopoliyasından çıxmış, ümummilli hədəflər məcrasında öz simasını tamamilə dəyişmişdir. Ona görə də Azərbaycan dövlətinə qarşı düşmənçilik siyasəti yürüdən kənar güclər “sosiallaşma” adı altında hərəkətə gətirilibdir. Beləliklə də onlar sosial şəbəkələr və digər vasitələrlərin hesabına ictimai fikri yayındırmaq üçün iftiralar, böhtanlar, ictimai fikri çaşdıran addımlar atmağı hədəf seçiblər.

Cənubi Qafqazda süni şəkildə ehtirasların coşdurulması oyunu

Son zamanlar Azərbaycanda ölkə rəhbərliyinin vətəndaş cəmiyyəti istiqamətində atdığı uğurlar addımlar Qarabağ probbleminin həlli istiqamətində böyük ümidlərə səbəb olan amillərlə müşahidə olunur. COCUQ MƏRCANLI MODELİ nəinki ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük bir örnəyə çevrilib. Belə ki, doğma yurduna dönən mülki vətəndaşlar üçün yaradılan münbit şərait və onların rifahının təmin edilməsi ən dəyərli faktorlardan biridir. Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və KİV-lər bu həqiqətin dəfələrlə canlı şahidi olublar. Digər yandan son zamanlar Ermənistanda hərbi xuntanın hakimiyyətdən devrilməsinin ardından ilk dəfə olaraq “hərbi ritorika” ilə deyil, “vətəndaş cəmiyyəti” anlayışı ilə addımlar atılması bölgə üçün yaxın gələcəkdə yeni anlayışlara yol açılması deməkdir.

Ermənistan və İran, eləcə də onlara dəstək verən bəzi çevrələr sanki bilərəkdən bu proseslərin qarşısını almaq üçün hər dəfə olduğu kimi yeni iftiralar və araqarışdıran məsələləri sosiallaşdırmağa çalışırlar. Martın 16-da erməni və talış xalqının adından siyasi alverlər ustası kimi tanınan və İsmayıl Şabanov yenə də iftiralar səsləndirməyə başladı. O, “politoloq” cildinə girərək siyasi analiz veirmiş kimi yeni provakativ mövzulara üz tutub. Azərbaycan dövlətinə qarşı çamurlar atmaqla, saxta informasiyalar yayan “fenix.press/ru” saytına son açqılmasında özünə məxsus xəstə təxəyyüllə qeyd edir ki, guya Əfqanıstan, Pakistan, Suriya, İraq və digər Yaxın Şərq ölkələrindəki radikal islamçı terror qruplaşmaların Cənubi Qafqaza axınları başlayıb.

Tehran səfərindən sonra aktivləşən İsmayıl Şabanov

Bu ilin fevral ayında Tehranda “İran İslam İnqilabının 40 illiyi” mərasimlərinə rəsmi dəvətlə qatılan və Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən İsmayıl Şabanov bu mərasimlərdən sonra, daha da fəallaşıb. Onun İranda rəsmi dövlət KİV-ləinə verdiyi açıqlamaları analiz etdikdə bəlli olur ki, Azərbaycan dövlətçiliyinə qarşı böhtan kampaniyası yeni mərhələyə qədəm qoyur. Bu, “etnik azlıqlar”ın adından “siyasi alver” xarakteri daşıyan və bu qılafa bürünərək iftira dolu hədyanlardan ibarətdir. İsmayıl Şabanovun “fenix.press/ru” saytındakı “Türkiyə və Azərbaycan Yaxın Şərq ölkələrindən Cənubi Qafqaza terrorçu birləşmələri yerləşdirir” son məqaləsini örnək göstərmək olar.

Məqalədə qeyd olunur ki, guya Azərbaycan tərəfi Qarabağ bölgəsində erməni silahlı qüvvələri ilə döyüşlərdə daha az sayda itki verməmək üçün bu addımı atır. İraqın paytaxtı Bağdadda İran prezidenti Həsən Ruhani bu ölkənin dini və siyasi liderləri ilə görüşündə bildirib ki, terrorçular əvvəlki kimi yenidən fəaliyyətlərini gücləndirəcəklər. ABŞ-ın dəstəyi ilə Əfqanıstandan terrorçuların Cənubi Qafqaza və Orta Asiyaya axınları başlaya bilər. Biz İran dövləti olaraq, bunları çox diqqətlə izləyirik. Bizə o da bəllidir ki, uzun müddətdir bu məsələdə xüsusi hazırlıqlar görülür. Terroçu qruplaşmaların Qafqazda peyda olması çox ciddi siqnaldır. Onlar bu məqsədlə Qafqazda mövcud ola bilərlər:

1. Azərbaycanda hərbi təlimlər gedir və onlar döyüş bölgələlərində ön cəbhədə peyda ola bilərlər. Guya Azərbaycan tərəfi cəhbə bölgəsinə əlavə qüvvələr yeridir. Ona görə də Yaxın Şərq ölkələrindən terrorçu qüvvələrin Azərbaycana gətirilməsi daha asan başa gələcək. Rəsmi Bakı onları hərbi qüvvələrin şəxsi heyətinə daxil edəcək. Vəziyyətin belə bir duruma gəlməsi Türkiyənin mənfəətləri ilə üst-üstə düşür. Beləliklə Qarabağda cəbhə zolağının dərinliklərinə girmək asan başa gələcək. Suriyanın İdlib bölgəsindəki problemlərə görə, türklər Qafqazda cəbhə bölgəsində döyüşləri intensivləşdirəcək. Bəla ondadır ki, Azərbaycan tərəfinin hər bir uğuru terrorçuların simasında yeni problemlərə yol aça bilər. Çünki, istənilən anda proseslər nəzarətdən çıxa və nəticədə Azərbaycan xalqının zərərinə ola bilər.

2. Dağıstan və Azərbaycanda yatmış durumda olan radikal terrorçu qruplaşmaları var. Onlar öz ailələri ilə birlikdə meşələrdə və dağlıq bölgələrdə yaşayırlar. Ehtimal olunur ki, Dağıstandan Azərbaycana döyüşlər başlayan kimi dərhal həmin qüvvələr daxil olaraq, Qarabağda döyüşməyə cəhd edəcəklər. Şimali Qafqazdan axınların başlaması onların İrana dolayı yolla daxil olaraq, bir çox terror siyasətlərini yürütməsi ehtimalı var. İranın şimalında və Rusiyanın cənub sərhədlərində mövcud durumun aradan qalxması hər iki dövlət üçün əlavə problemlər deməkdir. Belə bir durum ABŞ-ın maraqları çərçivəsində həyata keçirilə bilər. Gürcüstanın Pankisi vadisindən bir zamanlar Suriyada İŞID terror birləşmələrinə kömək etməyə gedənlər asanlıqla Dağıstan və üzərindən Azərbaycana keçə biləcəklər.

Qeyd edək ki, İsmayıl Şabanovun bu məqaləsi qısa zamanda ermənilərin maraqlarını təmin edən və informasiya baxımından bu sosial şəbəkələrdə yayılmışdır. :

Vətən xaininin erməni sevdası

İsmayıl Şabanovun ən yaxın dostlarından biri də Rusiyada və dünyada erməni milyaderi kimi tanınan, “Rusiya Erməniləri İttifaqı”nın sədri, biznes çevrələrində çirkli pulların yuyulması üzrə ixtisaslaşmış Ara Abramyandır. Faktiki olaraq, İsmayıl Şabanovun əsas gəlir mənbəyi Ara Abramyan tərəfindən onun təşkilatının maliyyələşdirilməsi ilə bağlıdır.

2018-ci il 24 aprel tarixində “Rusiya Erməniləri İttifaqı”nın təşəbbüsü ilə Moskvanın “Suvorov Meydanı”nda ermənilər uydurma “erməni soyqırımı”nın mırasimi keçirildi. Mitinqdə irəli sürülən tələb belə idi: “Yaddaşımızdadır və tələb edirik”. Mitinqə minlərlə erməni vətəndaşları və onlarla həmrəylik nümayiş etdirən bəzi ictimai təşkilatlar da qatılmışdılar. Elə bu mitinqdə Ara Abramyanın yanında yer alanların siyahısında İsmayıl Şabanov, “Moskva Yunan İcması”nın sədri Anesti Ksenupulo, Rusiya Dövlət Duması “Elm və təhsil komitəsi”nin sədr müavini Boris Çernışev, LDPR sədri Vladimir Jirinovski, osetin və aysor diasporunun nümayəndələri var idilər. İsmayıl Şabanov mitinqdə çıxış edərək Türkiyəni və dolayı yolla Azərbaycanı hədəf alaraq, ermənilərin qondarma “soyqırım” iddialarına dəstək verdiyini elan etdi. Ermənilərlə “farsdilli xalqların” eyni mənşədən, “ari” soyundan olması faktını qabardaraq, hər zaman onlara dəstək verəcəyini açıqladı (mənbə: https://www.youtube.com/watch?v=CuhU0m75V9g).

Babken Cağayanın dəstək verdiyi şəbəkə

Uzun illərdir Azərbaycan dövlətinə xəyanətə görə həbs edilən Fəxrəddin Abbasovun ilk ictimai müdafiəsinə qalxan İsmayıl Şabanov oldu. O, Babken Cağayanın rəhbərlik etdiyi, Rusiya üzərindən ermənilərin Azərbaycana qarşı informasiya müharibəsi aparan viburnum.ru, talyshpress.blogspot.com, yerkramas.org, south-ossetia.info, iarex.ru, avestatalysh.wordpress.com, nashaarmenia.info, talish.org,

arm-world.ru, sarinfo.org və digər sosial şəbəkələrdə müsahibələr verərək Fəxrəddin Abbasovun hüquqlarının qorunması barəsində açıqlamalar veribdir. 2 mart tarixində o, bildirib ki: “Biz Fəxrəddin Abbasovu sonadək müdafiə edəcəyik. Onu vicdan məhbusu hesab edirik. Bütün insan haqları təşkilatlarına müraciətimizdə Fəxrəddin Abbasovun hüquqlarını müdafiə etmələrini istəmişik. Hazırda mövcud durumu diqqətlə təqib edirik”.

Ermənilərin 14 fevral 2019-cu il tarixdə süni şəkildə “azərbaycanlı-çeçen qarşıdurması” ssenarisinin pozulmasında müstəsna xidməti olan azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya olunması iddiası ilə çıxış edən İsmayıl Şabanovdur. O, Rusiyanın Xarici İşlər Nazirliyinə, Rusiya Federal Miqrasiya Xidməti İdarəsinə və digər rəsmi dövlət orqanlarına rəsmi müraciətlər göndəribdir. Bu müraciətlərdə qeyd olunur ki: “Fuad Abbasov Rusiya Federasiyasının vətəndaşı olsa da, əslində xarici dövlətlərin maraqları üçün çalışır. Buna görə də ölkədən deportasiya olunmalıdır”.

Qeyd edək ki, Fuad Abbasov Rusiyada yaşayır. Soydaşlarımızın hüquqlarının qorunması, Azərbaycan dövlətinə qarşı ermənilərin böhtanlarına cavab verən jurnalist və ziyalı kimi tanınır. Təbii olaraq, ermənilər onun susdurulmasının yollarını arayırlar. İsmayıl Şabanovun irəli sürdüyü bu təşəbbüs elə birbaşa ermənilərin maraqları çərçivəsində atılan addımlardan biridir.

Ə. Yusifoğlu