Məlahət Abbasovanın verilişi bu kanalda yayımlanacaq

22 Mart 2019 17:38 (UTC+04:00)
Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı bundan sonra AzTV-də yayımlanacaq.

Əməkdar artist bu barədə “Gün başladı” proqramında məlumat verib.

“Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın”.

O, söhbət zamanı sözügedən proqramda qonaq olan sənətçilərin ölkəmizə qonorarsız gəldiyini bildirib.

Qeyd edək ki, Abbasova verilişinin yayım vaxtını açıqlamayıb. (axşam.az)