AŞPA sədri Ermənistana səfər edəcək

22 Mart 2019 18:51 (UTC+04:00)

AŞPA sədri Lilian Mori Paskye martın 26-da Ermənistana səfər edəcək.

AŞPA-nın saytına istinadən verilən məlumata görə, səfər zamanı o, Ermənistan prezidenti, baş naziri, parlament sədri, xarici işlər naziri, əmək və sosial məsələlər naziri ilə görüşəcək.

Həmçinin AŞPA prezidentinin siyasi qrup liderləri və parlamentdə müxtəlif komissiyaların rəhbərləri, həmçinin Ermənistanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşü nəzərdə tutulub.

L. M. Paskye martın 27-də İrəvanda mətbuat konfransı keçirəcək.

Səfər martın 28-i başa çatacaq. (ONA)