Suriyada 20 nəfəri edam edən İŞİD üzvü saxlanıldı

22 Mart 2019 19:22 (UTC+04:00)

Macarıstan hökuməti ilkin ehtimallara görə, Suriyada insanların başını kəsən şəxsi yaxalayıb.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, saxlanılan şəxsin adı açıqlanmır, lakin əldə edilən məlumatlara görə, o, 2016-cı ildə 20-yə yaxın şəxsin edamında iştirak edib.

Bildirilir ki, ölənlər İŞİD terror qruplaşmasına qoşulmaqdan imtina edən Homs şəhər sakinləri olublar. (Report)