ABŞ-dan İrana qarşı Yeni sanksiyalar

22 Mart 2019 20:23 (UTC+04:00)
ABŞ İranda fəaliyyət göstərən daha 17 təşkilata və 14 fiziki şəxsə sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Vaşinqtonun bu addımı atmasına səbəb kimi, həmin fiziki və hüquqi şəxslərin İranın nüvə proqramının təkmilləşdirilməsində iştirakı göstərilib. (ONA)