Çində partlayışda ölənlərin sayı 62-yə çatdı

22 Mart 2019 21:00 (UTC+04:00)

Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub. (Trend)